Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 17:50:00
“SABAH” qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciətin son günüdür

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2020-2021-ci tədris ilinin yaz semestri üzrə ailə hüququ fənni vakant elan edilib.

 

Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Bu tələblərə cavab verən və müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 22-si saat 23:59-dək müraciət formasını doldurmalıdırlar.

 

Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.