Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 15:37:00
Məşhur gimnaziyanın şagirdi yüksək nəticə ilə xarici  universitetə qəbul oldu - FOTO

 

 

S.C.Pişəvəri  adına  Respublika  Humanitar  Fənlər  Gimnaziyasının  11-ci  sinif  şagirdi  İsmayıl  Ələsgərov  məşhur  xarici  universitetlərdən  birinə  qəbul  olub.

 

AzEdu.az  xəbər  verir  ki, sözügedən  şagird  gimnaziyanın  riyaziyyat   fənni üzrə olimpiadaçısıdır.

 

O, SAT  və  İELTS  imtahanlarında  yüksək  nəticə  toplayaraq  Hollandiyanın  Groningen  Universitetinin  Computer  Science ( Kompüter  elmləri)  fakültəsinə  qəbul  olunub.

 

İsmayıl  Ələsgərov  SAT  və  İELTS  üzrə  “Nömrə 1”  tədris  mərkəzində  müəllim  Umud  Babaşov  tərəfindən  hazırlıq  keçərək  imtahanda  yüksək  nəticə  qazanıb.

Başda  gimnaziyanın  direktoru  İlqar  Talıbov, direktor  müavini  Leyla  Hacıyevanı , bütün  məktəb  kollektivini  və  müəllim  Umud  Babaşovu  təbrik  edirik.

 

Qeyd  edək  ki, şagirdin  nəticələrinə  əsasən, yüksək  təqaüdlə  digər  universitetlərdən  qəbul  alması  da gözlənilir.