Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 12:21:00
Dərs cədvəlləri hazırlanarkən bu nöqsana yol vermək olmaz-DƏQİQ İZAH  

Məktəbin keyfiyyətli idarə olunmasında, təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtib edilməsi  vacib amillərdəndir. Dərs cədvəlinin düzgün tərtib olunması şagirdlərin təlim materiallarını yaxşı mənimsəməsinə  də müsbət təsir göstərir.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, adətən, dərs cədvəlinin tərtibində meydana çıxan çətinliklər aşağıdakı istiqamətdə olur:

 

  1. Dərs cədvəlini tərtib edənin cədvələ verilən əsas pedaqoji tələbləri bilməməsi;
  2. Dərs cədvəlini tərtib edərkən mükəmməl olmayan üsullardan istifadə edilməsi.

Dərs cədvəlində fənlərin ardıcıllığı necə olmalıdır?

 

Azərbaycan dili, riyaziyyat, kimya, fizika fənləri cədvəldə gunün ilk saatlarında yerləşdirilməlidir.

 

Coğrafiya, tarix, biologiya, xarici dil fənlərinin cədvəldə sonrakı saatlarda yerləşdirilməsini isə daha məqsədəuyğun hesab etmək olar. 

 

Texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq dərslərini isə sonuncu saatlara yerləşdirilməsi daha düzgündür.

 

Əlbəttə, bu fikirlər nisbidir. Hər hansı bir fənn şagird üçün çətin, digəri üçün isə asan ola bilər.

Dərs cədvəlinin tərtibində subyektivçiliyə də yol vermək olmaz. Eyni gündə  cədvəldə tarix və coğrafiya, fizika və kimya dərsi varsa, əvvəl coğrafiya, sonra tarix, əvvəl fizika, sonra isə kimya dərslərini salmaq daha məqsədəuyğundur.

 

Dərs cədvəli tərtib edilərkən müəllimlər üçün metodik günün müəyyənləşdirilməsi məqsədə-uyğundur.

Cədvəli tərtib edərkən həftə ərzində günlərin də məhsuldarlığı nəzərə alınmalıdır. Həftənin 2-ci, 3-cü və 4-cü günləri şagirdlərin iş qabiliyyətinin məhsuldarlıq günləri hesab etmək olar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları