Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 17:19:00
Yeni bir planetin yaranma mərhələsi ANBAAN görüntüləndi - TARİXDƏ İLK DƏFƏ - VİDEO  

Astronomlar ilk dəfə olaraq formalaşma mərhələsində olan planetin fotosunu çəkiblər. Planetin fotosu 4 teleskoplu sistemin köməyi ilə çəkilib. Mütəxəssislər protoplanet diskinin daxilində gənc PDS70 ulduzu ətrafında formalaşan planetin şəklini çəkiblər.

Bildirilir ki, ulduzun 5-6 milyon ildir, polanetimizin 370 işıq ili məsafəsindədir. 

O da məlumdur ki, yeni planet qaz nəhəngidir və çəkisi Yupiterdən bir neçə dəfə artıqdır. O, öz ulduzundan 3 mlrd. km uzaqlıqda yerləşir. Bu təqribən Uranla Günəş arasındakı məsafə qədərdir. 

Araşdırmaçılar vurğulayır ki, planet buludlu atmosferə malikdir, səthindəki temperatur isə 1000 dərəcə Selsiyə çatır.