Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 15:17:36
Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir  

 

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir. Sorğuda UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

 

AzEdu.az xəbər verir ki, sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.

Sorğuya keçid üçün: https://sorgu.ada.edu.az/