Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 16:57:19
Kurikulumun əsas prinsiplərinin  sadə və oynaq dillə izahı – Təlimçidən maraqlı metod

Artıq bir neçə ildir ki, orta məktəblərdə tədris kurikulum standartlarına uyğun həyata keçirilir. Gələn ildən ali məktəblərə qəbul imtahanlarında da kurikulum modelindən istifadə olunacaq. Ancaq ölkədə bu sahə üzrə peşəkar mütəxəssislərin sayı o qədər də çox deyil.

Bəs gələn ildən gələcək həyatımızda böyük rol oynayacaq  kurikulumun əsas prinsipləri hansılardır?

Şəxsiyyətyönümlülük – təhsil alanın idrakı, ünsiyyət və psixomotor fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

Fərd – bioloji varlıqdır. Hər kəs yeni doğulan körpə də, uşaq da, gənc də, qoca da - bütün insanlar fərddir. Şəxsiyyət sosial varlıqdır. Cəmiyyətdə formalaşan hər kəs fərddir, ancaq hamı şəxsiyyət deyil.

Şəxsiyyətyönümlülük prinsipinin mahiyyəti hərtərəfli insan yetişdirməkdən ibarətdir.

Məsələn, Nahid bu gün ana haqqında şeir deyəcək.

O əvvəlcə şeirin mənasını dərk etməlidir – idrak

Şeirə münasibəti olmalıdır – (sanki şeirlə danışır)- ünsiyyət

Jestika və əl-qol hərkətlərini mimika ilə söyləyərək şeiri ifadəli etməlidir – psixomotor

Şagirdyönümlülük –  təhsilalanların maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına xidmət etməsidir.

Məsələn, Elmin dərsin yarış üsulu ilə keçirilməsini istəyir. Hətta buna görə əhvalı da pozulur. Müəllim onun arzusunu nəzərə almalıdır. “Mən dediyim kimi olmalıdır” düşüncəsi tamamilə yanlışdır.

Nəticəyönümlülük - Əldə olunması nəzərdə tutulan təlim naliyyətlərinin əvvəlcədən müəyyən edilməsidir.

Məsələn, kurikulum öyrənməyə başlayanda bilirik ki, biz hansı nəticəni əldə edəcəyik. Nəticəni əvvəlcədən görmək bizi daha da həvəsləndirir.

Tələbəyönümlülük – Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.

Məsələn, bu gün tələbat kompüter mühəndisliyi sahəsinə daha çoxdur. Deməli, o istiqamətdə atılan addımların sayı çoxalmalıdır.

İnteqrativlik – Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.

İnteqrativlik nəticəsində bildiklərimizi təhlil edə, mühakimə yürüdə bilərik.

Qeyd edək ki, kurikulum üzrə təlimçi Günel Əliyeva bu mövzuya özünün “Mən bir müəlliməm” kitabında daha ətraflı şəkildə yer verib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları