Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-19 17:34:00
“Ali və Nino”nun təsisçisi: “Digər bir  ünvanda yerləşən mağazamız da bu səbəblə bağlanmışdı” 

“Dükanda  baş  verən oğurluqla  bağlı  bizə  dəstək olan  hər kəsə təşəkkür edirik. Fəvvarələr  meydanında  yerləşən  mağazamızda  fevralın  15 - i, saat  21:00  radələrində  oğurluq  baş  vermişdi  və  biz  dərhal  bu  haqda 102-ə məlumat  verdik.”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  məşhur  “Ali  və  Nino”  mağazalar  şəbəkəsinin  təsisçisi  Nigar  Köçərli  öz  sosial  şəbəkə  hesabında  qeyd  edib.

 

O  bildirib  ki, bu  hadisə  ilə bağlı  ictimaiyyətə  iki  xəbər  var:  biri  yaxşı, biri  pis:

 

“Yaxşı  xəbər  odur  ki, DİN  rəhbərlik  səviyyəsində  məsələni  nəzarətə götürdü və  polislərin  2  gün  çəkən  operativ  əməliyyatı  nəticəsində  oğurlar  müəyyən olundu. Buna  görə  həm  Nazirliyə, həm  də  bu prosesdə  iştirak  edən  bütün polis  əməkdaşlarına  dərin  təşəkkürümü  bildirirəm.

 

Pis  xəbər odur  ki, müəyyən  olunan  oğrular  azyaşlıdılar. Azyaşlı  uşaqların oğurluğa  cəlb  olunması  bizi  mənəvi  cəhətdən  ağrıdan  məsələdir.”

 

Təsisiçi  qeyd  edib  ki, mağazanın  digər  ünvanda  yerləşən  filialının  da  bağlanma  səbəblərindən  biri   bu  olub:

 

“Bu, eyni  zamanda  bizi  qorxudan  bir  məsələdir, çünki  Nizami  94  ünvanında yerləşən  "Əli və Nino" mağazasını  bağlamaq  səbəblərdən  biri  də  elə  bu olmuşdu - bir dəstə  azyaşlı  oğru  dükanımızı  2 ay  ərzində 4 dəfə soymuş, hətta  polisə  müraciətlərimiz  də  onların  qarşısını  ala  bilməmişdi.

 

Onu da deyək ki, oğurlanan  əşyalar  və  işçilərin  pulları  bizə  hələ  də  geri qaytarılmayıb.”

 

Son  olaraq  təsisçi  Nigar  Köçərli  bir daha  hamıya  öz  dərin  təşəkkürünü  bildirib.