Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-19 13:52:00
DİM-də növbəti GRE imtahanı təşkil ediləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı fevralın 22-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

 

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

 

İmtahan iştirakçısı sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və özü ilə gətirməlidir.

 

COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək və imtahan verənlər bir-birindən lazımi uzaq məsafədə əyləşdiriləcək.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

 

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat DİM-in internet səhifəsində verilib.