Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 15:58:00
Magistratura imtahanında iştirak üçün ərizəsini təsdiq edən bakalavrların sayı açıqlandı 

Magistraturaya sənəd qəbulu bu gün başa çatır. 

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

 

Bu gün saat 10:20-yə olan məlumata əsasən 17849 bakalavr (Azərbaycan bölməsi - 16291; rus bölməsi - 1558) ərizəsini təsdiq edib.

 

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.