Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 10:12:00
Bu şəxslərin qəbul imtahanında iştirak hüququ yoxdur-VACİB

Ali təhsil müəssisələrində təhsil alan tələbələr ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməzlər.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, qəbul imtahanlarında universitetlərin son kursunda oxuyan tələbələr iştirak edə bilərlər. Digər tələbələrin bu imtahanlarda iştirak hüququ yoxdur.

 

Əgər sözügedən tələbə qəbul imtahanlarında iştirak etmək istəyirsə, universitetdən imtina etməli və adı "Tələbə-məzun" sistemindən xaric olunmalıdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları