Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 13:52:00
Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbul başlayır

2021/2022-ci tədris ili üzrə UNEC-in bütün ixtisaslarında təhsil alan I kurs magistr tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayır.

 

AzEdu.az xəbər verir ki, proqrama qəbul olan UNEC-in magistrləri 2-ci kursun yaz semestrində Montpellier Universitetində təhsil alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazanan magistrlər UNEC-ə qayıdaraq təhsillərini davam edəcəklər. Məzunlar həm UNEC, həm də Montpellier Universitetinin magistr diplomlarını əldə edəcəklər.

 

Qəbul şərtləri:

  • UNEC-in ikinci kurs magistr tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B2 səviyyəsində

Tədris dili - İngilis dili
Təhsil haqqı – 4057 avro
Qeydiyyat haqqı – yoxdur

Son müraciət tarixi - 05 mart 2021-ci il

Sənədlər bir faylda (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Akademik transcript (azərbaycan dilində)
  2. CV (ingilis dilində)
  3. Pasport (foto olan səhifə)
  4. Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün əlaqə:

    Afət Ələkbərova
    UNEC, Beynəlxalq Əməkdaşlıq  Departmenti
    E-mail: mailto%[email protected]";" data-mce-href="https:[email protected]
    Tel.: (012) 492 18 82