Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 11:35:00
Fənn olimpiadası üzrə yarımfinalda iştirak edəcək şagirdlərin sayı məlum OLDU

Respublika fənn olimpiadalarının Bakı şəhər mərhələsinin nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1404 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlardan 430 nəfər Azərbaycan dili və ədəbiyyatı, 91 nəfər biologiya, 118 nəfər coğrafiya, 101 nəfər fizika, 32 nəfər informatika, 99 nəfər kimya, 342 nəfər riyaziyyat, 191 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.

 

Müsabiqənin şəhər mərhələsinin nəticələri ilə www.olimpiada.edu.az saytından, yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə etmək mümkündür.

 

Şəhər mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə göndərilib. Növbəti mərhələyə qeydiyyat fevralın 24-dən 28-dək www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq.

 

Qeyd edək ki, olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.