Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 17:03:00
Bu tətbiqlərin həyata keçirilməsi təhsilin inkişafına səbəb olacaq-Təhsil eksperti

“Müəllim şagirdi təkcə ali məktəb üçün yetişdirməməli, həyata hazır möhkəm şəxsiyyət, əsl vətəndaş  hazırlamalıdır. Bunu edən müəllim isə hədsiz dərəcədə azlıq təşkil edir”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə  ekspert Sevinc Purkeştasib bildirib. O, təhsilin keyfiyyətinin artırılması üçün vacib detalları da qeyd etdi:

 

“Hər kəs mühəndis, həkim, alim və s. ola bilməz, lakin insan kimi düzgün formalaşa bilməliyik. Bu mənada Yapon təhsil sistemi çox nümunəvidir.

 

Abituriyentlərə ixtisas seçimi öncəsi ətraflı məlumatın verilməsi, dövrün tələbi ilə üst-üstə düşməyən ixtisasların gələcəkdə başqaları ilə əvəz olunması, ucqar kəndlərdə yeni məktəb binalarının inşası və bölgələrdə təhsilə cəlb olunmanın artması - bu və ya digər problemlərin həll olunması, bu tətbiqlərin həyata keçirilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları