Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 09:46:00
Doktoranturaya qəbul imtahanlarının nəticələri bu tarixdə bəlli olacaq-DİM

Fevralın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib.

 

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçirilib və saat 11:00-da başlayıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

 

İmtahanın nəticəsi nə zaman bəlli olacaq?

 

DİM sektor müdiri Xanlar Xanlarzadənin AzEdu.az-a verdiyi məlumatda bildirilib ki, xarici dil üzrə Fəlsəfə doktoru imtahanında IV blok yazı blokudur. Namizədlər bu hissədə esse yazmalıdırlar. Bu səbəbdən cavabların yoxlanılması bir qədər vaxt aparır. 1 həftə ərzində nəticələrin elan olunması gözlənilir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları