Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 11:00:00
Azərbaycanlı məktəblinin ixtirası beynəlxalq müsabiqənin finalında- FOTOLAR

Bir neçə gün bundan əvvəl “Climate Launchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramının ölkə finalı keçirilib. 

Layihənin finalında 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası iştirak edir. Aprelin 21-22-dən başlayan layihənin ilk mərhələsində 83 komanda müraciət edib.

Onlardan 43-ü müsahibə mərhələsinə seçilib. Finalda isə 14 komanda ideyalarını təqdim ediblər. Ölkə mərhələsində qalib olan 3 komanda noyabrın 1-2-də də Şotlandiyanın Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək və mükafat olan 95 min avro üçün mübarizə aparacaqlar.

AzEdu.az xəbər verir ki, Azərbaycan finalına çıxan komandaların seçilməsində təmsil olunan münsiflər heyətində Silikon Vadidən olan ekspert Rik Rasmussen də iştirak edirdi.

Münsiflər heyəti qarşısında startapçılar ingilis dilində layihələrinin təqdimatını ediblər. Qeyd edək ki, dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan “ClimateLaunchpad” proqramında 35 ölkə iştirak edir. Azərbayan bu layihədə ən çox müraciət alan ölkədir. 

Beləki, bu il proqrama Azərbaycandan ilk mərhələdə 83 layihə təqdim olunub. Dünya üzrə Azərbaycandan sonra ən çox layihə təqdim olunan ölkə Hindistandır - 35 layihə.

2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. Builki yarişmanının milli turununu qalibləri olan layihələr aşağıdakılardı:



I mükafata layiq görülən ideya və ixtira:  “ThermoNorth” - Norveç, İsveç və Kanada kimi ölkələr üçün soyuq hava şəraitində avtomobilin mühərrikini istilənmək üçün yeni bir material hazırlayan başlanğıc;

II  mükafata layiq görülən ideya və ixtira: Dr Ocean - neftin dağılmalarını və ümumilikdə suyun təmizlik səviyyəsini təyin etmək üçün ağıllı zəngli siqnal sistemi hazırlayan başlanğıc;

III  mükafat: WASCO - Smart Zibil toplama sistemi (http://www.wascolab.com/) - zibil qutuları içərisində dolğunluq məlumatlarını ölçmək üçün şəhər  bələdiyyələri üçün ağıllı tullantıların idarə edilməsi sistemi (IOT) hazırlayan başlanğıc məlumatların IOT texnologiyasından istifadə edərək bulud serverinə çatdırılması və optimal toplama marşrutu yaratmağı, habelə zibil toplama xərclərini 50% -ə endirən istismar müddəti cədvəlini hazırlayır;

Qeyd edek ki, yarışmada məktəblilər də iştirak edibler. Maraqlı layihələrdən  biri də SAPS layihəsidir ki, bu ideyanın müəllifi Arif Qəhrəmanlı havatəmizləyən dirək ixtirası ilə finalda start uplə çıxış edib. Onunu ixtirası xususi qurğudur ki, yol kənarında yerləşən işıq dirəklərinin içərisinə yerləşdirilir. Bu qurğu sistemi vasitəsilə atmosferi müxtəlif növ tozlardan - asfalt tozundan, maşın təkərlərindən qopan rezin qırıntılarından yaranan tozlardan və yanacaqdan ayrılan tüstü tozlarından, eləcə də karbon dioksiddən-CO2 təmizləməsi nəzərdə tutulub.