Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 14:54:00
BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü  

 

Lütfi  Zadə  irsi  və  Süni  İntellekt  Assosiasiyası  ilə AzEdu  Academy-nin ortaq layihəsi  olan  Lütfi  Zadə  adına  təqaüdü  alacaq  tələbələr  məlum oldu.

 

AzEdu.az  xəbər verir  ki, onlardan  biri  Bakı  Dövlət  Universitetinin tələbəsi  Məmmədova  Aygündür.

 

Məmmədova  Aygün  İlkin  qızı  Bakı  Dövlət  Universitetinin  Tətbiqi  riyaziyyat  və  kibernetika  fakültəsinin (komputer  elmləri  ixtisası  üzrə) III  kurs  tələbəsidir:

 

“Hazırda  Quba  rayonunda  yaşayıram.Atam  Birinci  Qarabağ  müharibəsinin  iştirakçısı  olub, II qrup  əlildir.Müharibə  zamanı  ayağından  güllə  yarası  alıb, ürək  əməliyyatı  keçirib, hazırda  işləmir.”

 

Təqaüdü  təhsilim  üçün  dəyərləndirəcəm

 

Diqqətimi  əsasən  təhsilimə  yönəltməyə, özümü  inkişaf  etdirməyə çalışıram. İxtisasım  üzrə  müxtəlif  dillər  öyrənirəm.Universitetlərdə  ənənəvi  tədris  bərpa  olunduqdan  sonra  ixtisasım  üzrə  kursa  getmək  istəyirdim. Mənə  təyin  edilən  təqaüdü  əsasən  bu  istiqamətdə  dəyərləndirəcəm.

 

Mənəvi  dəstək  önəmlidir

 

Düşünürəm  ki, qazi  və  şəhid  övladlarına  istər  təhsil  istiqamətində, istərsə  də  həyatlarının  digər  sahələrində  maddi  dəstəklə  yanaşı  mənəvi  dəstək  verilməldir. Mənəvi  dəstək  daha  önəmlidir.

 

Qeyd edək ki, Aygün,universiteti  bitirdikdən  sonra  əvvəlcə  magistratura  üzrə  təhsilini  davam  etdirmək, daha  sonra  isə  işləmək  istədiyi  bildirib.