Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 14:00:00
UNEC-in tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb  

Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası və “AzEdu Academy”nin birgə təşəbbüsü ilə Lütfi Zadə adına təqaüd təsis edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alan I kurs tələbəsi Fidan Vəlizadə bu təqaüdə layiq görülüb.

İstedadlı gənclərə dəstək olmaq və tanınmış alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriatura səviyyəsində təhsil alan, Vətən müharibəsində, eləcə də I Qarabağ müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları üçün nəzərdə tutulur.

Fidan Vəlizadənin atası I Qarabağ müharibəsində iştirak edərək qazi olub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları