Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 09:14:35
8 yaşlı şagird məktəbi 1,5 ilə bitirib

Belçikada Loran Simosn adlı oğlan artıq 8 yaşında məktəbi bitirib və universitetə qəbul olmağa hazırlaşır.

AzEdu.az-ın  xarici mediaya istinadən verdiyi  məlumata görə, Loran Simons 6 illik məkəb proqramını 1,5 ilə bitirə bilib. O, 18 yaşlı məzunlarla bərabər attestat alıb.

L.Simonsun valideyinlərinin sözlərinə görə, onun IQ göstəricisi 145-ə bərabərdir. Bu istedadlı şagirdin  ən sevimli fənni isə riyaziyatdır.

Qeyd edək ki, dahi alim Albert Eynşteynin IQ səviyyəsi də 160 idi.