Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-14 16:28:00
DİQ müsabiqəsinin test mərhələsi üçün NÜMUNƏLƏR-İZAHALARLA BİRLİKDƏ

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün yekunlaşır.

 

2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.

 

AzEdu.az namizədlərə kömək məqsədilə  test mərhələsi üçün nümunə olaraq bir neçə sual və onların cavablarını təqdim edir:

 

Gündəlik normal iş vaxtının müddəti nə qədərdir?

 

Tam iş vaxtı və onun müddəti 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

 

Nahar fasiləsi necə müəyyən edilir?

 

Maddə 103. İstirahət və nahar üçün fasilə 1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. 2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. 4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. 5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

 

 

Xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişmə zamanı şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda nə edilməlidir?

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” 4.Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi 4.4. Azərbaycan Respublikasından kənarda yaşayan şəxslər Azərbaycan Respublikasına daimi yaşayış məqsədi ilə gəldikdə onların rus və ya gürcü dillərindətəhsil alan övladlarının köçdükləri ərazidə dövlət məktəblərinə qəbulu aşağıdakı qaydada həyata keçirilir: 4.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda: 4.4.3.1. I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır; 4.4.3.2. Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər tədris Azərbaycan dilində olan siniflərə qəbul edilirlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır; 4.4.3.3. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

 

 

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları ilə bağlı qeyd olunanlardan biri yanlışdır:

  1. Psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir.
  2. Psixoloji xidmətin işi aşağıdakı 2 formada təşkil olunur: ümumi xidmətlər və xüsusi xidmətlər
  3. Psixoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş iş vaxtı çərçivəsində təhsilalanlara fərdi şəkildə psixoloji yardım göstərir.
  4. Psixoloqun işinin təşkili məqsədilə təhsil müəssisəsində təhsilalanlarla, təhsilverənlərlə, valideynlərlə və ya digər qanuni nümayəndələrlə görüşlər keçirmək, konsultasiya və korreksiyaedici tədbirlər aparmaq üçün avadanlıq və didaktik materiallarla təchiz edilmiş psixoloji xidmət kabineti yaradılır.
  5. Psixoloqların peşəkar inkişafı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, onların əlavə təhsilə cəlb edilməsi yolu ilə təmin olunur.

Düzgün cavab: C İZAH: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” 5.5.Psixoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş iş vaxtı çərçivəsində təhsilalanlara fərdi və ya qrup şəklində psixoloji yardım göstərilir

Mənbə(testlərim.info)

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları