Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 17:12:00
Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı məzunundan növbəti təlim  

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, fevralın 12-də təşkil olunacaq təlim proqramı “Azərbaycan iqtisadiyyatı: 2020-ci ilin icmalı və 2021-ci il üzrə gözləntilər” mövzusuna həsr ediləcək. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetinin iqtisadiyyat ixtisası üzrə magistratura pilləsindən məzun Ülvi Sərkarlıdır.