Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 15:00:00
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə,  vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 may 2018-ci il tarixində elan edilmiş müsabiqədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Hesablama PalatasıEnergetika Nazirliyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 6 iyul 2018-ci il tarixində başlanıb və 17 iyul 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektorunda məsləhətçi (1 vakant yer üzrə 33 namizəd), Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə iclasının katibi (3 vakant yer üzrə 12 namizəd), hakimin köməkçisi (3 vakant yer üzrə 15 namizəd) vəzifələri üzrə müşahidə edilir.

Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Energetika Nazirliyi ( 6 vakant vəzifə üzrə 39 namizəd) üzrə müşahidə edilib.

22 may 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.