Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 13:30:00
Yeni planet yarandı - Unikal kadrlar - FOTO

Avropa Kosmik Tədqiqatlar Agentliyinin Çilidə, Atakama səhrasında yerləşən Avropa Rəsədxanasının (ESO) alimləri "Very Large Telescope" (VLT) vasitəsilə unikal kəşf ediblər.

AzEdu.az bildirir ki, onlar Yerdən 370 işıq ili uzaqlıqda yeni planetin yaranmasını qeydə alıblar.

Ekzoplanet PDS 70 cırtdan ulduzun mərkəzinin koronoqrafik kölgəsindən sağda parlaq nöqtə kimi görünür.

Kəşfin müəllifləri Almaniyadakı Maks Plank adına Astronomiya İnstitunun əməkdaşlarıdır. Onlar dünyada ilk dəfə olaraq gənc ulduzun ətrafında qazdan və tozdan planetin yaranmasını qeydə alıblar. 

5,4 milyon il yaşı olan PDS 70 ulduzunun yaxınlığında yaranan yeni planetə ADS 70i adı verilib. Yupiterdən 2-3 dəfə böyük olan PDS 70 b həmin planetdən 3 milyard kilometr aralıdadır.

Yeni planetin səthində temperatur hazırda +1000 dərəcəyə çatır.