Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 13:12:00
Distant dəsrlərlə bağlı qərarı məktəbin özü verə bilər? – Rəsmi cavab

 

 

8 fevraldan etibarən bölgələrdə əyani tədris qismən bərpa edilib. Təhsil ictimaiyyətini narahat edən məsələlərdən biri də hansı dərslərin əyani, hansılarının isə distant formada keçiriləcəyi ilə bağlıdır.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müvafiq fənlərin, məşğələlərin əyani yoxsa, distant formada tədrisi nümunəvi cədvəllərə uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdiriləcək.

 

Qeyd edək ki, 15 fevraldan Bakı, Sumqayıt və Abşeronda ənənəvi tədris qismən  bərpa ediləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları