Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 13:19:00
Professor Rafiq Əliyevin Lütfi Zadənin  ön sözü ilə çap olunan kitabı türk dilində -FOTO

 

 

Rafiq Əliyevin ABŞ-ın Corciya Dövlət Universitetinin professoru B. Fazlollahi və Doğu Ağdəniz Universitetinin professoru R. Əliyevlə birgə yazdıqları “Soft Computing and its applications in Business and Economics” kitabı bir nəçə il öncə “Springer” nəşriyyatında ingilis dilində çap olunub.

 

450 səhifəlik kitab Soft Computing nəzəriyyəsinin yaradıcısı Prof. Lütfi Zadəyə ithaf olunub.

 

AzEdu.az xəbər verir ki, kitab onun öz sözü ilə açılır. Prof. L. Zadə ön sözdə yazır:

“Soft Computing müxtəlif yeni informasiya texnologiyalarının kombinasiyasıdır, onun əsas komponentləri qeyri-səlis məntiq, neyrokompütinq, təkamül hesablamaları, ehtimal hesablamaları, xaos nəzəriyyəsi və maşın (kompüter) öyrənməsidir. Bu nəzəriyyənin əsas prinsipi odur ki, bu metodologiyalar ayrı-ayrılıqda deyil, bir-biriylə sinercidə istifadə olunur”.

 

                         

Ön sözün sonunda L. Zadə yazır: “Bu kitab görkəmli elmi nəticədir, xeyli yeni ideyaların, metodların mənbəyi kimi və yüksək maşın intellekti tələb edən mürəkkəb sistemlərin yaradılması üçün istifadə olunan fundamental elmi vəsait kimi qiymətləndirilməlidir”.

 

Qeyd edək bu kitab yeni informasiya və süni intellekt metodlarının yaradılması və onların qərar qəbuletmədə, iqtisadi proseslərin proqnozlaşdırılmasında, əməliyyatların idarə olunmasında, marketinq, maliyyə biznes proseslərinin təhlilində, e-commerce və başqa iqtisadi və biznes sahələrində tətbiqinə həsr olunub.

 

 

Bu günlərdə kitab “Esnek hesaplama: İşletme ve Ekonomide uygulamarı” adı altında nəfis şəkildə türk dilində nəşr olunub. Kitab ingilis dilindən türk dilinə Türkiyənin Sakarya Universiteti professorları A. Hızıroğlu, A. Kiraz, H. İ. Cebeci, H. Taşkın, İ. H. Selvi, K. S. Codal, M. İpek və Ş. M. Şişci tərəfindən çevrilmişdir. Orijinal olaraq ingilis dilində yazılmış və çap olunmuş bu kitab Çin, Hindistan, Malayziya, ABŞ, Almaniya, Bolqarıstan, Türkiyə və başqa ölkələrin universitetlərində MBA, süni intellekt və başqa ixtisaslar üzrə dərslik və dərs vəsaiti kimi istifadə olunur, uyğun sillabuslara daxil olunub.

 

P.S. Görəsən həmyərli professorumuzun bu kitabı, dahi Lütfi Zadə ilə birgə yazdığı “Fuzzy Logic Theory and Applications: Part I and Part II” və başqa kitabları ölkəmizin universitetlərində dərslik kimi istifadə olunurmu?