Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 14:56:00
Türkiyə Qarabağ şəhidlərinin övladlarına  təqaüd ayıracaq – Abdullah Eren

“Can  Azərbaycanın  Qarabağ  zəfərində  şəhid  olan  qəhrəmanlarının  övladlarına  bu  il  Türkiyə  bursları  çərçivəsində  xüsusi  təqaüd  ayırırıq.”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Türkiyənin  Xaricdəki  Türklərlə  və Yaxın İcmalarla  İş  İdarəsinin  rəhbəri  Abdulla  Eren  bildirib:

 

“Türkiyə  hər  sahədə  olduğu  kimi  təhsil  sahəsində  də  qardaşlarının  yanındadır. İyul  ayında  Tovuzda  Ermənistanla  olan  mübarizədə  şəhid  olan  azərbaycanlı  general  Polad  Həşimov  da  Türkiyə  məzunu  idi.”

 

Qeyd  edək  ki, Türkiyə  Burslarına  son  qeydiyyat  tarixi  20  Fevral  2021-ci  ildir. Əlavə  məlumat  və  qeydiyyat  üçün  buraya daxil  ola  bilərsiniz.