Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-06 14:31:00
UNEC-də adaptiv təhsil mühəndisliyi üzrə təlim keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq, XXI əsrin ən keyfiyyətli təhsil metodu hesab olunan Adaptiv təhsil sisteminin UNEC tərəfindən tətbiqinə başlanılır.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tələbənin biliyini, eləcə əldə etdiyi biliyə əminliyini ölçən bu unikal sistem, onların peşəkar mütəxəssis kimi yetişməsinə fürsət yaradır. Sistemi mükəmməl hala gətirmək üçün tələb olunan faktorlardan ən önəmlisi də təlim mühəndisləridir. Bu məqsədlə UNEC-də adaptiv təhsil mühəndisi hazırlığı üzrə təlim keçiriləcək.

 

Təlim UNEC-in müəllim və əməkdaşları üçün nəzərdə tutulub.

 

NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

 

Tələb olunan təhsil və iş təcrübəsi:

 

  • Ali təhsil (iqtisadi, humanitar);
  • Təlim koordinatoru, təlimçi, təlim meneceri və ya tədris sektorunda bənzər vəzifələrdə iş təcrübəsi üstünlükdür;
  • Elektron təhsil platformaları ilə tanışlıq.

*
Tələb olunan bacarıqlar:

  • Mükəmməltəşkilatçılıq və işləri zamanında təhvil etmək bacarığı;
  • Stresə davamlı və öyrənməyə maraqlı; həm müstəqil,həm də komandada işləmək qabiliyyəti;
  • Effektiv təqdimat və ünsiyyət bacarıqları (yazılı və şifahi);
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (şifahi və yazılı);
  • Müstəqil bir istifadəçi kimi məlumatların işlənməsi, content yaradılması, problemlərin həlli və kompüter tətbiqetmələri (məsələn, MS Office) üçün rəqəmsal alətlər və texnologiyalar haqqında səlis biliklər;

*
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər

  • Müxtəlif sahələri əhatə edən adaptive təhsil proqramları hazırlamaq və inkişaf etdirmək;
  • Adaptiv təhsil sisteminin təmin etdiyi müvafiq təlim metodları və texnikalar haqqında məlumatlı olmaq və hər bir təlim proqramı üçün müvafiq metodlardan istifadə etmək;
  • İş dünyasında mövcud təlim ehtiyaclarının qiymətləndirilməsini aparmaq və ən çox tələb görən təlim mövzularını müəyyənləşdirmək;
  • Təlimin effektivliyini qiymətləndirmək və təlimin işçi bacarıqlarına və KPI-lərə təsirini müəyyənləşdirmək;
  • Hər təlim proqramından sonar korporativ əməkdaşlardan və iştirakçılardan rəy almaq;

*
Namizəddən xüsusi təcrübə tələb olunmur.

CV-lərinizi “Adaptiv təhsil mühəndisliyi” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz.