Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 11:38:00
Peşə təhsilinin təşkilində özəl sektorun peşəkar mütəxəssisləri birbaşa iştirak edir  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən özəl sektorun peşəkar mütəxəssisləri tədris prosesinə cəlb olunur.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, müəssisənin avtomobil istiqaməti üzrə mütəxəssisləri sırasına “Avtolux” şirkətinin texniki direktoru Sənan Məmmədov da daxil olub. Sənan Məmmədov Mərkəzin təhsilalanları üçün avtomobil istiqaməti üzrə modulları tədris edir.

 

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtoluks Azərbaycan” MMC şirkəti arasında 2020-ci ildə anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər iki müəssisə peşəkarlıq səviyyəsinin artırılması və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.