Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-07 17:21:00
İngilis dilini inkişaf etdirmək üçün ən yaxşı 10 film – SİYAHI

Hazırki  dövrdə  uğurlu  gələcək  üçün  əsas  məsələlərdən  biri  də  ingilis  dilini  bilməyin  vacibliyidir.

 

Bunun  üçün  ən  geniş  yayılmış  metodlardan  biri də  ingiliscə  filmlər  izləmək  və  müxtəlif  mahnılar  dinləməkdir. Yəqin  ki, ingilis  dilini  çox  yaxşı  bilən  insanlardan – “Filmlər  izlə, faydasını görəcəksən” – tipli  cümlələr  eşitmisiz.

 

Bu  səbəblə  AzEdu.az  yaşından  asılı  olmayaraq   şagirdlər, müəllimlər, tələbələr və digər hər kəsin ingilis  dilinin  inkişafı  üçün  izləyə  biləcəyi  10  ən  yaxşı  filmi  təqdim  edir:

 

1.Harry Potter  film  seriyası 

 

Məşhur  yazıçı  J.K.Rowlingin  yazdığı  silsilə kitabların  8 film  halında  çəkilməsi  ilə  ortaya  çıxan  Harry  Potter  izləyən  tərəfindən  çox  bəyənilir.İlk olaraq  uşaqlar  üçün  yazılsa da  hər yaşdan  olan  insanların  diqqətini  çəkən   filmdə  Harry  Potter adlı sehrbaz  uşağın, dostları  Hermione  Grangerin  və  Ron  Weasleynin  yaşadığı  macəralardan  bəhs edilir. Qaranlıq sehrbaz  olan  Lord  Woldemortla  mübarizələrinə  əsaslanan  film  ingilis dilini  öyrənmək  üçün  böyük əhəmiyyətə  malikdir. Həm istifadə  edilən  sözlər, həm  də  cümlə  quruluş  tərzləri  ingilis  dili  səviyyəsi  aşağı  olan  şəxslər  tərəfindən də  mənimsənilə  və  rahatca  anlaşıla  bilər. Eyni  zamanda  kitabın  müəllifi  Rowling  bir  dilçi olaraq  sözlərin  etimologiyasına  önəm  verib. Bu  da  söz  ehtiyatının  artırılmasına  kömək  edəcək.

 

2.Lord of The Rings (Üzüklərin hökmdarı)

 

İngilis  ədəbiyyatında  olduqca  böyük  bir  yerə  sahib  olan  Lord of  The  Rings  yazıçı J.R.R Tolkienin  dünyaca ən  məşhur  əsəri olaraq  tanınır. Epik  fantaziya  tərzində  olan  bu  romanda  orta  dünyada  yaşanan  xeyir  və  şər  arasındakı  mübarizədən  bəhs  edir. Roman  çox  səs  gətirir  və  nəticə  olaraq  onun  əsasında  film  seriyası  çəkilir. Bu  film  seriyası  olduqca  məşhurlaşır  və  insanlar tərəfindən  ingilis  dilinin  inkişafı  üçün  faydalı  olaraq  görülür. Eyni zamanda  filoloq  olan  müəllif  Tolkien  ingilis  dilini  öyrənmək  istəyən  insanlara  öz  əsərində  bu  dil  haqqında  əhəmiyyətli məlumatlar  təqdim  edir.

 

3.Finding  Nemo ( Nemonun  axtarışında)

 

Animasiyalar  dil  öyrənmək  üçün  faydalı  olan  film  kateqoriyaları  arasında  birinci  yerdədir. İngilis  dilinin  çox  sadə  istifadə edildiyi  bu  rəngli  filmlər  dili  inkişaf  etdirmək  üçün  çox  rahat  və  əyləncəlidir. İngilis dilinin  inkişafı  üçün  ən  çox  məsləhət  görülən  Finding  Nemo  və  Finding  Dori  bu  tip  animasiyalardandır. Animasiya  dənizda  yaşayan və  itkin  düşən  balıq  Nemo  və  Dorinin axtarışından  bəhs  edir. Bu   cizgi  film  sayəsində  çox  sadə  gündəlik  istifadə  edilən  cümlələr  və  müxtəlif  dəniz  heyvanlarının  ingilis  dilində  adlarını  öyrənə  bilərsiz.

 

4.The King’s Speech (Kralın nitqi)

 

Adından  da  göründüyü  kimi  film  bir  kralın  xalq  qarşısında  çıxış  edəcəyi nitqi  əsasında  hazırlanıb. Kral  Georgenin  nitq  dərslərində  etdiyi  dərslər  həm  güldürür, həm  də  ingiliscə  ilə  bağlı  çox  şey  öyrədir. Filmdə  kral  öz  nitqinə  hazırlaşarkən  izləyicilər  də  bir  çox  sözlərin  doğru  tələffüzünü  mənimsəyir. Hətta  istəsəniz  filmi  dayandırıb  siz  də  kral  ilə  birlikdə  sözləri tələffüz edə  bilərsiniz. Həm  gülməli, həm  də  öyrədici  bir  metoda  sahib  olan  film  ingilicsə  dinləmə  və  başa  düşmə  qabiliyyətini  inkişaf  etdirmək  istəyənlər  üçün  əla  seçimdir.

 

5.The Social Network (Sosial şəbəkə)

 

Dünyanın  ən  məşhur  sosial  şəbəkəsi  olan  Facebookun  və  onun  yaradıcısı  Mark  Zuckerbergdən  bəhs  edən  filmdə  istifadə  edilən  ingiliscə  əslində  hər  kəsin  aktiv  istifadə  etdiyi, rahat  və  anlaşılan  şəkildədir.  Filmdə  gündəlik  həyatımızda  geniş  şəkildə  istifadə  etdiyimiz  sözlərin  ingiliscəsini  çox  rahat  bir  şəkildə  öyrənə  bilərsiz. Facebookun  Mark  Zuckerberg  tərəfindən  necə  yaradılması,baş  verən  proseslər  filmin  əsas  mövzusunu  təşkil  edir. Film  gündəlik  həyatımızın  böyük  ekranda  səhnələşdirilməsinə  bənzəyir.

 

6.Forrest  Gump

 

“Run  Forrest  Run” cümləsi  ilə  məşhur  olan  bu  filmin  baş  rolunu  dünyaca  məşhur  aktyor  Tom  Hanks  canlandırır. Əqli  problemləri  olan  bir  adamı  canlandıran  Tom  Hanks  filmdə  olduqca  yavaş  və  sadə  ingiliscə  ilə  danışır. Eyni  zamanda  Amerika  tarixini  də  özündə  əks  etdirən  filmdə  həm  ingilis  dilini, həm  də  Amerika  tarixini  öyrənmək  mümkündür. Saflığın  və  dürüstlüyün  mükəmməl  şəkildə  səhnələşdirildiyi  Forrest  Gump  mütləq  şəkildə  izlənilməli olan  filmlər  arasındadır.

 

7.It (O)

 

Qorxu  filmi  sevənlər  üçün  də  bir  film  tövsiyyə  edə  bilərik. Stephan Kingin  məşhur  kitabı  əsasında  çəkilən  It (O)  filmi  ingilis  dilini  inkişaf  etdirmək  istəyən  qorxu  filmi  sevərlər  üçün  yaxşı  seçimdir. Filmdə  mənfi  obraz  olan  bir  klounun  uşaqlar  arasında  qorxu  salmasından  bəhs  edilir. Dəhşət  saçan  bu  hekayədə  uşaqlar, qurbanlarının  qorxduğu  obraza  girən  klounla  mübarizə  aparmağa  çalışır. Filmdə  danışılan  dil  olduqca  sadə, başa  düşülən  və  axıcıdır.Eyni  zamanda  filmdə  əsasən  amerikan  aksenti  ilə  danışılması  bu  aksentin  mənimsənilməsində  sizə  yardımçı  olacaq.

 

8.The Shawshank Redemption

 

Yenə  bir  Stephan  King  kitabının  film  dünyasına  uyğunlaşıdırlması  ilə  ortaya  çıxan  The  Shawshank  Redemption dünyaca  məşhur  undulmaz  filmlərdəndir. Baş  rollarını  tim Robbinsin  və  Morgan  freemanın  canlandırdığı  filmdə  həbsxanadıkı  ümüd  dolu  bir mühitdən  bəhs  edilir. İngiliscə  dinləmə (listining) bacarıqlarınızı  inkişaf  etdirəcək  bu  filmi  izləməkdən  zövq  alacaqsız.

 

9.Green Mile  (Yaşıl  yol)

 

Bu  film  də  Stephan  Kingin yazdığı  bir  kitab  əsasında  film  halında  çəkilib. “Please boss, don't put that thing over my face, don't put me in the dark. I'm afraid of the dark. (Lütfen  bos,  üzümü  o  şeylə  örtmə, məni  qaranlıqda  buraxma.Mən  qaranlıqdan  qorxuram.)” – cümləsi  ilə  məşhur  olan  film  John  adlı  bir  məhkumun  hekayəsindən  bəhs  edir. Günahsız  olduğu  halda  həbsə  atılan  və  ölüm  cəzası  verilən  Johnun  hekayəsi  olduqca  məsum  və  qəribədir. Filmdə  ingilis  dilində  müxtəlif  aksentlərdə  danışılır. Siz  bu  sayədə  ingilis  dilinin  müxtəlif  tələffüz  formaları  ilə  tanış  ola  və  bildiyiniz  sözlərin  fərqli  tələffüzünü  öyrənə  bilərsiz.

 

10.The Hunger Games (Aclıq  yunları)

 

Film  gələcəkdə,  Panem  adlı  bir ölkədə baş verir. Hər il aclıq oyunlarına seçilən insanlar  bölgələrini  təmsil etmək üçün  ölümlə  mübarizə aparırlar. Sosial  bərabərsizliyi vurğulayan  filmin  əsas qəhrəmanı 12-ci bölgədən  olan 16 yaşlı  Katnissdir. Hər  detalı  diqqətıli  izlənilməli  bir  film  olduğu  üçün dialoqları  qaçırmaq  mümkün  deyil. Film elmi fantastika olsa da, dili digər filmlərlə müqayisədə daha  sadə və səlisdir. Filmdə  personajlar söhbətləri  izləməyi asanlaşdıran  Şimali  Amerika  tələffüzündən   istifadə  edirlər.

 

Qeyd  edək  ki, filmlərlə  yanaşı  ingilis dilini  inkişaf  etdirmək  üçün  dünyaca  çox  məşhur  "Friends","Sherlock  Holmes", "How I met your mother"  və  s.  kimi  serillar  da  var.