Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 09:26:00
Tələbənin köçürülmədən imtina şansı var?-DƏQİQ CAVAB

“Əmr verildikdən sonra tələbənin köçürülmədən imtina etmək şansı yoxdur, əks halda o universitetdən xaric edilə bilər.”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova "Tələbələrin köçürülməsi prosesi" mövzusunda canlı yayımda bildirib.

 

“Tələbələr seçim edərkən diqqətli olsunlar. Əmr verildikdən sonra təhsil aldıqları və köçürülmək istədikləri universitetlərə məktublar göndərilir. Əgər tələbəyə sms şəklində məlumat gəlibsə, onun şəxsi kabinetində köçürülməsi təsdiqlənibsə orada qeyd olunan sənədlərlə universitetə yaxınlaşmalıdırlar. Əks halda həm köçürüldükləri universitetə qeydiyyata düşmürlər, həm də oxuduqları universitetdən xaric edilirlər.”