Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 11:04:00
Amerikada təhsil  üçün 3 təqaüd  proqramı üzrə sənəd qəbulu BAŞLADI

Amerikanın  Illinois  Wesleyan  Universiteti  beynəlxalq  tələbələr  üçün  bakalavr  səviyyəsi  üzrə  sənəd  qəbulu  elan  edir.

 

Universitet,  burada  təhsil  almaq  istəyən  tələbələr  üçün  Merit – Based  təqaüdləri, Prezident  təqaüdləri  və  Need – Based  maliyyə  yardımı  imkanlarını  təqdim  edir.

 

AzEdu.az  xəbər  verir  ki, eyni  zamanda  tələbələr layihə  təqaüdlərindən əlavə  olaraq  universitet tərəfindən  maliyyələşdirilən  təqaüdlər, kreditlər  və  kampusda  iş  imkanları  əldə  edə  bilərlər.

 

Hansı  səviyyə  və  ixtisaslar  üzrə  tələbə  qəbulu  mümkündür?  

 

-Bakalavr  səviyyəsinə  istənilən  ixtisas  və  fənn  üzrə 

 

Təqaüd  sayı:

 

-Merit – Based(Ləyaqət  əsaslı)  təqaüdlər

 

-Prezident  təqaüdü

 

-Need –Based (Ehtiyac  əsaslı)  təqaüdlər

 

Hansı  tələbələr  müraciət  edə  bilər?

 

-Universitet  dünya  üzrə  bütün  beynəlxalq  tələbələr  arasında  qəbul  aparır

 

Təqaüdün  miqdarı  nə  qədərdir?

 

- Merit - Based təqaüdləri: Bu  təqaüdlər  illik 16.000 ABŞ dollarından 30.000 ABŞ dollar arasında dəyişir və 4 ilə qədər yenilənə bilər.

 

-Prezident təqaüdləri: Bunlar 4 illik təhsil müddətində yenilənə bilən tam təhsilli təqaüdlərdir.

 

Müraciətdə  təqaüdlər üzrə  tələblər  nələrdir?

 

- Merit - Based  təqaüdləri: Müraciət edənlər, təhsil səviyyəsində yüksək akademik müvəffəqiyyətə, qəbul  üçün tələb olunan  imtahanlarda   topladıqları  test ballarına  sahib  beynəlxalq  tələbələr olmalıdır.

 

Prezident  təqaüdləri: Müraciət  edənlər  istedadlarına, maraqlarına və akademik nailiyyətlərinə görə yüksək  ixtisaslı  beynəlxalq  tələbə  olmalıdırlar.

 

Təqaüdlər  üzrə müraciət  üçün  nələr  tələb  edilir?

 

-Merit – Based  təqaüdü  üzrə  qəbul  üçün  ərizəni  göndərən  tələbələr  avtomatik  olaraq  təüd  üçün  dəyərləndirilir, təqaüd  üçün  ayrıca  müraciətə  ehtiyac  yoxdur.

 

-Prezident  təqaüdü  üzrə  qəbul  üçün  son  müraciət  tarixi  15  Fevral  2021-ci  ildir.

 

-Need – Based  təqaüdləri  üzrə  benəlxalq  tələbələr ehtiyac  əsaslı  maliyyə yardımı almaq  üçün   CSS  PROFILE  təqdim etməlidirlər. Bu  profil  müraciət edən şəxsin maliyyə mənbələrinin, belə  desək  ehtiyac təqaüdünün ona verilməsi üçün maddi baxımdan  ətraflı təhlilini  təqdim edir. CSS PROFİLİNİ təqdim etmək üçün  başlanğıc 1 yanvar 2021 tarixidir.

 

Ümumilikdə  son  müraciət  tarixi  15  Fevral  2021-ci  ildir.

 

Əlavə  məlumat  və  ərizə  formasını  öyrənib  müraciət  etmək  üçün  buraya daxil  ola  bilərsiz.