Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 11:12:00
MDU-da növbəti “Açıq qapı günü keçiriləcək

2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

 

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

 

Növbəti “Açıq qapı” günü 2021-ci ilin 3 fevral tarixində keçiriləcəkdir.

 

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.