Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 11:42:00
“Buraxılış imtahanında əsasən qapalı suallar salınacaq”-Məleykə Abbaszadə

“9-cu sinif buraxılış imtahanları əvvəlki illərdə 2 mərhələli təşkil olunurdu. Birinci mərhələdə əsasən yazı işləri, ikincidə isə yalnız qapalı test tapşırıqları verilirdi. Keçən il Nazirlər Kabinetinin qərarına əsasən birinci mərhələ keçirilmədi”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri DİM sədri M.Abbaszadə Xəzər tv-nin “Birinci studiya” proqramında bildirib. O, 9-cu sinif buraxılış imtahanında qapalı sualların yer alacağını açıqladı:

 

“Bu səbəbdən ümumi qiymətləndirmə iyunda olan imtahana əsasən aparıldı. Bu il də imtahan birmərhələli təşkil olunacaq. Yəqin ki, yaxın günlərdə Nazirlər Kabinetinin qərarı deyiləcək.

 

İmtahanda əsasən qapalı suallar yer alacaq. Daha sadə formatda imtahan olacaq. Məktəblərdə hazırda bütün siniflərdə qiymətləndirilmə aparılır. Ola bilsin ki, qiymətləndirilmənin nəticələrinə baxıb imtahanı daha da sadələşdirdik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları