Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-31 13:20:00
Çində “Vuruşan padşahlıqlar” dövrünə aid məzarlar tapıldı

Arxeoloqlar Mərkəzi Çində xronoloji olaraq “Vuruşan padşahlıqlar” dövrünə (m.ö 475-221-ci illər) təsadüf edən bir neçə zadəganın məzarını aşkar ediblər.

Bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, məzarlar Hubey əyalətində tapılıb.

 

Qazıntılar zamanı alimlər bir zadəganın və onun həyat yoldaşının qalıqları basdırılan iki yeraltı sərdabəyə rast gəliblər.

Məzarda tapılan əşyalardan bu qənaətə gəlmək olur ki, insanların öləndən sonra başqa dünyaya səyahət etməli olacağına inanıblar.

Arxeoloqlar həmin yerdən zərgərlik əşyaları, musiqi alətləri və qablar kimi bir neçə maddi mədəniyyət obyekti də çıxarıblar.