Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-30 10:29:00
Emin Əmrullayev BDU-nun Himayəçilər Şurasının iclasında iştirak edib

Yanvarın 29-da təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, iclasda Himayəçilər Şurasının üzvləri, universitetin rektoru Elçin Babayev və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə BDU-da 2020-ci il ərzində görülən işlər, universitetin inkişaf strategiyası və digər məsələlər müzakirə edilib.