Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 17:33:00
Qaçaq Nəbinin kəndi Aşağı Mollu - VİDEOREPORTAJ    

Baku TV əməkdaşları işğaldan azad edilən Qubadlı rayonunun Aşağı Mollu kəndində olub.

 

XIX əsrin ikinci yarısında Azərbaycanda “Qaçaq hərəkatı”nın fəal iştirakçısı olan Qaçaq Nəbi 1854-cü ildə bu kənddə anadan olub. Xalq qəhrəmanı kimi ad çıxaran Nəbi ömrü boyu haqsızlığa qarşı mübarizə aparıb. 

 

Mollu kəndində Nəbi kimi neçə-neçə qəhrəman oğullar doğulub boya-başa çatıb. Vətən müharibəsində bu kəndin igidləri qəhrəmancasına vuruşaraq adlarını tarixə yazıblar. Kənd işğaldan azad edildikdən sonra tarixi qəhrəmanlar haqqında xatirə lövhəsi ucaldılıb. 

 

Kənd 27 illik işğal dövründə erməni vandalizminin qurbanı olub.

 

Bütün işğaldan azad edilən torpaqlarımız kimi artıq Aşağı Mollu kəndi də öz sahiblərinə qaytarılıb. 

 

 

Ətraflı reportajı təqdim edirik: