Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 16:40:00
Kadrların hazırlanması ilə bağlı Təhsil Nazirliyi  mütəmadi olaraq tədbirlər görür-İlqar Orucov

 

“Prezidentin dövlət qrumları və Təhsil Nazirliyi qarşısına qoyduğu mühim vəzifələr birmənalı olaraq icra olunacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

O, kadr hazırlığı ilə bağlı məsələyə münasibət bildirib:

 

“Prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini onlayn formatda qəbul edərkən söylədiyi fikirlər çox böyük önəm daşıyır. Eyni zamanda bu Təhsil Nazirliyi qarşısında da çox ciddi məsələləri ehtiva edir. Ölkə başçısı Emin Əmrullayvi qəbul edərkən də bu fikirləri qeyd etmişdi. Belə ki, İlham Əliyev Azərbaycanın gələcəyi üçün  strateji əhəmiyyət kəsb edən  ixtisasların yaradılmasını müvafiq qrumlar qarşısında vəzifə olaraq qoyub. Prezidentin də qeyd etdiyi kimi elə peşələr var ki, 5 ildən sonra sıradan çıxır və yeni ixtisaslar meydana gəlir. Kadr potensialımız imkan verməlidir ki, dünyada 4-cü sənaye inqilabı ilə bağlı gedən proseslər ölkəmizin inkişafına gətirib çıxarsın. Burada iş yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə deyil, eyni zamanda Təhsil Nazirliyinə də qarşısında ciddi məsələlər qoyur.Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müasir ixtisasların hazırlanması istiqamətində işlər bu gün də davam etdirilir. Mütəmadi olaraq proses təhlil edilir.Günümüzdə əhəmiyyətli olan və gələcəkdə iş  tapa bilməyən kadrların hazırlığı bütövlükdə  diqqətdə saxlanılır. Eyni zamanda ali təhsilli kadrların hazırlanması məsələsi ilə bağlı  Təhsil Nazirliyi  mütəmadi olaraq iş görür. Koreya standartları əsasında qurulan Bakı Dövlət Peşə Təhsil Mərkəzində  koreyalı mütəxəssislərin bilavasitə iştirakı ilə 11 ixtisas üzrə kadrlar hazırlanır. Eyni zamanda regionlarımızda peşə təhsil mərkəzlərinin açılması planlaşdırılır. Müasir və gələcəyin ixtisasları üzrə kadr hazırlığı məsələləri olduqca aktualdır və bunlar nazirliyin fəaliyyətində bu gün prioritet məsələlərdən biri kimi qoyulub. Xüsusi ilə Təhsil Nazirliyində ümumi təhsillə bağlı  robotatexnika, proqramlaşdırma, nanotexnologiya, neyrotexnologiya və mühəndis modulları əsasında ixtisaslar yaradılır. Bu ixtisaslar üzrə kadr hazırlığına  çox böyük önəm verilir. Eyni zamanda  ali təhsil pilləsində gələcəkdə iş tapmaq imkanını  reallaşdırmaq üçün  yeni ixtiaslar üzrə  hazırlıqlar davam etdirilir və  fakültələr yaradılır. Bu proses yalnız peşə təhsili üçün spesifik deyil, universitetlər öz işlərini gələcəkdə hansı formada qurması da olduqca vacibdir. Ümid edirəm ki,  4-cü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı və texnologiyaların birləşməsi prosesini  nəərə alaraq  bu istiqamətdə müasir  kadr hazırlığı  işlərinin davamı olacaqdır. Xüsusi ilə innovasiya, informasiya texnologiyaları, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar həm bakalavr, həm də magistr ürə hazırlanır. Düşünürəm ki, bu istiqamətdə Təhsil Nazirliyinin gördüyü işlər yetərincədir. Dünyada peşələr sürətlə dəyişməkdədir və bu istiqamətdə prezidentin dövlət qrumları və Təhsil Nazirliyi qarşısına qoyduğu mühim vəifələr birmənalı olaraq icra olunacaq. Bunun da əsas səbəbi Azərbaycan dövlətinin inkişaf edərək güclü olması və onun vətəndaşlarının gələcəyini təmin edəcək kadr potensialı ilə bağlı problemlərin aradan qaldırılmasıdır. Azərbaycanın post-neft dövrü ilə bağlı çox mühim gözləntiləri var.  Bütün hallarda innovasiyaların tətbiqi istiqamətində görülən işlər ümid verir ki, Azərbaycan gələcəkdə əmək bazarı üçün xüsusi strateji əhəmiyyət kəsb edən kadr hazırlığı qıtlığı ilə üzləşməyəcək”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları