Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 14:22:00
“WorldSkills Azerbaijan’’ UFAZ ilə görüş keçirdi    

 WorldSkills Azerbaijan (WSA) platformasının nümayəndə heyəti ilə AzərbaycanFransız Universitetinin (UFAZ) rəhbər heyəti arasında görüş keçirib.

 

AzEdu.az-ın məlumatına görə, “WorldSkills” hərəkatının əsas fəaliyyət istiqamətləri və ölkədə bacarıqların inkişaf etdirilməsi istiqamətində gətirəcəyi qatqı görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, bu məsələdə hər iki qurumun ortaq məqsədləri, eləcə də mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə çıxış edən UFAZ-ın direktoru Vazeh Əsgərov başçılıq etdiyi qurumun təhsilin inkişafına töhfə verəcək təşəbbüsü dəstəkləyəcəyini və WSA platformasının həyata keçirəcəyi tədbirlər üçün universitetin qapılarının hər zaman açıq olduğunu vurğulayıb.

 

Qeyd edək ki, WSA peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. WorldSkills hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.