Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 12:42:00
Övladını məktəbə göndərməyəcək valideynlərin DİQQƏTİNƏ

“Məktəbə gəlmək istəməyən şagirdlər üçün direktorla valideyn xüsusi forma imzalamalıdır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Real Tv-yə açıqlamasında deyib.

 

O, prosesin necə tənzimlənəcəyinə aydınlıq gətirib:

 

“Yoluxma risqindən çəkinərək məktəbə gəlmək istəməyənlər üçün birinci yarımildə dərslər başlayanda olduğu kimi  direktorla valideyn xüsusi forma imzalamalıdır. Belə olan təqdirdə valideyn məsuliyyəti öz üzərinə götürür. O, övladının teledərlərə baxmasını təmin etməli, onun müstəqil öyrənməsinə şərait yaratmalı və məktəbaxili qiymətləndirmədə iştirakını təmin etməlidir. Müəllimlərin dərs yükü imkan vermir ki, onlar həm iki yarımqrupa dərs deyib, həm də onlayn tədrisi həyata keçirə bilsin”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları