Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 10:41:00
“Məktəblərdə istilik sistemi ilə bağlı problem yoxdur”-RTŞ rəhbəri

“Quba rayonunun 135 ümumtəhsil müəssisəsindən 58-də şagirdlər əyani tədrisə cəlb ediləcək. 58 məktəbdə cəmi 2336 şagird təhsil alır. Onlardan 1110 nəfəri 1-4-cü siniflərdə, 46-sı isə məktəbəqədər hazırlıq qruplarında təhsil alacaqlar. Həftə sonunadək tədris müəssisələrində dezinfeksiya işləri tamamlanacaq”.

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Quba rayon Təhsil Şöbəsinin rəhbəri Rüfət Hacıyev Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən seminarda bildirib:

 

“İstilik sistemi ilə bağlı məktəblərdə demək olar ki, problem yoxdur. Həm müəllimlər, həm də şagirdlər məktəbə tədrisə can atırlar. Təhsil nazirliyinin qısa vaxt ərzində təhsilin distant formada təşkili ilə bağlı həyata keçirdiyi həyata keçirdiyi layihələr, atılan addımlar təqdirəlayiqdir”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları