Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 10:30:00
Təhsil nazirinin brifinqdə vurğuladığı ən önəmli məqamlar -SİTATLAR

 

 

Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair  brifinq keçirilib.

 

Mətbuat konfransında bir sıra vacib məsələlərə toxunulub.

 

AzEdu.az brifinqdə səsləndirilən vacib məsələləri təqdim edir:

 

Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir:

 

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

 

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

 

Qiymətləndirmədən narazı qalan şagirdlərə ikinci şans veriləcək:

 

“Teledərslər vasitəsilə şagirdlər dərin bilik qazanmasa da zəruri olan minimal bilikləri əldə etmək mümkün idi. Dərsliklər hər bir şagird üçün əlçatandır”.

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib.

 

Onun sözlərinə görə, bütün şagirdlər qiymətləndirilmədən keçməlidir: “Qiymətləndirmənin nəticəsindən narazı qalan şəxslər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Bu da gələn ay üçün nəzərdə tutulub”.

 

1 fevraldan bu siniflərdə dərslər məktəblərdə başlayır:

 

"2020-ci il təhsil baxımından qəliz il oldu. Sentyabrın 15-dən təhsil qismən bərpa olundu. Sentyabrın 27-dən isə müharibə şəraiti və koronavirus səbəbindən cəbhə xəttində yerləşən 1000-dən artıq məktəbdə tədris dayandırıldı".

 

 

Bu fikirləri Emin Əmrullayev Təhsil Nazirliyinin brifiqində deyib. O, tədirisin 1 fevraldan tədrisin qismən ənənəvi təşkilinin təsdiqləndiyini də vurğulayıb.

 

Bu ilin ilk yarısınadək sertifikasiya prosesi keçirilməyəcək:

 

“Hazırda sertifikasiya ilə bağlı konkret tarix yoxdur. Bu ilin prioritetləri sirasındadir. Təhsilin keyfiyyətinin artırılması üçün uyğun alətdir. Hazırda proses hazırlıq mərhələsindir”.

 

Bunu Təhsil naziri  Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair  brifiqində  bildirib.

 

O, sertifikasiya prosesinin bu ilin ilk yarısınadək keçirilməyəcəyinin anonsunu etdi.

 

Növbəti təhsil pillərinin açılması ilə bağlı bu tarixdə qərar veriləcək:

 

“Fevralın 1-dən etibarən 2 həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

 

Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır": 

 

“Ölkəmizdə Vaksinasiya prosesinə başlanılıb, lakin könüllüdür. Ancaq sosial məsuliyyət tərəfdən yanaşmaq lazımdır, sosial şəbəkədə yayılan yumorik videolara əsasən yox”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə qeyd edib. O, vaksinasiya prosesinə qoşulacaq müəllimlərin sayını da açıqladı:

 

“Baki, Abşeron və Sumqayıtda 16698, bölgələrdən isə 32632 müəllim 50 yaşdan yuxarıdır və bu şəxslər vaksinasiya olunmalıdır. Ən riskli qrupdur”.

 

Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər:

 

Əvvəl belə bir prinsip vardı ki, valideyn gedib məktəbdə ərizə yazırdı, övladı məktəbə getmirdi. Fevralın birindən məktəblər açılır. Bu prinsip qüvvədə qalacaqmı?

 

Bu məsələni Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə cavablandırıb.

 

“Valideynin öz övladını yalnız distant formada təhsilini davam etdirməklə bağlı hüququ var və bundan sonra da olacaq.

 

Qiymətləndirmə üçün ən rahat üsul müəyyən edilib:

 

“Hazırki durumda ən adekvat qiymətləndirmə üsulu şifahi sorğu sualdır”

 

Bunu  Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə deyib.

 

"Növbəti təhsil pillələrinin açılması vəziyyətdən  asılıdır" - Emin Əmrullayev

 

“Növbəti təhsil pillələrinin açılması ilə bağlı 1 fevral tarixindən 2 həftə ərzində müvafiq qərarların verilməsi gözlənilir”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı olan brifinqdə səsləndirib.

 

O, açılmaların yoluxmadan aslı olduğunu deyib: “Biz hazırda yanvar ayındayıq və fevralda yoluxmanın hansı səviyyədə olmasını bilmirik. Bununla balı praqnoz vermək çətindir. Çünki vəziyyət yoluxmadan aslıdır”.

 

“Hibrid model hazırki vəziyyətdə ən optimal variantdır”-Emin Əmrullayev

 

“Hibrid model mənim və həmkarlarımın yaradıcı təxəyyülünün məhsulu deyil. Bu sadəcə hazırki vəziyyətdə ən optimal həll yoludur”

 

Bu fikirləri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair  brifiqində deyib.

 

“Ötən ilin yanvar ayı ərzində təhsilin internetə çıxışı ilə bağlı əsaslı dəyişiklik edilib. Virtual məktəbdə həftəlik aktiv iştirakçı sayı 170000 olur. 37 ali təhsil müəssisə də MS teams-a qoşulub. ”.

 

"Bir il əvvəl biz onlayn təhsilin heç 10%-ni əldə edə bilməmişdik" - Təhsil naziri:

 

“Sentyabr ayından yanvara kimi 3030 teledərs şagirdlərə təqdim edilib”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkilinə həsr olunan brifinqdə deyib.

 

O, teledərslər və distant təhsil barədə məlumat verib: “Bu teledərslərə ümumilikdə 12 milyon baxış olub. Onlar həm “Virtual məktəb”, həm də youtube kanalları üzərindən yayımlanıb. Bir il əvvəl biz onlayn təhsilin heç 10%-ni əldə edə bilməmişdik. Bu tədrisin təşkilində Azərbaycan müəllimlərinin və təhsilverənlərinin böyük əməyi var”.

 

“Dövlət sifarişli yerlərin artımında müsbət dinamika var”-Emin Əmrullayev 


“Ölkəmizdə Təxminən 182000 min tələbə təhsil alır ki, bunlardan 167000 tələbə bakalavriat, 15000 təlkəvə isə magistratira pillləsindədir. 100 tələbədən 56-sı dövlət hesabına təhsil alır”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə qeyd edib.

 

“Dövlət sifarişli yerlərin artımında müsbət dinamika var. 2015-2016-cı tədris ili ilə müqayisədə hazırda 92 % tələbə dövlət sifarişli əsaslarla təhsil alır”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları