Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-27 12:17:00
"Pandemiya şəraitində hibrid təhsil modeli ən optimal variantdır"-BŞTİ rəhbəri 

“1 fevraldan 274 məktəbdə 1092 sinif məktəbəqədər təhsilə başlayacaq. Valideynlər də təhsilin bir hissəsidir. Karantin rejiminin qaydalarına əməl olunmasında bizə dəstək olmalarında fayda var”.

AzEdu.az xəbər verir ki, bu fikirləri “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda BŞTİ-nin rəhbəri  Mehriban Vəliyeva bildirib:

 

“Həftədə 3 dəfə dərsin əyani olması pandemiya qaydalarına uyğunlaşmış qərardır. Sinifdəki şagirdlər yarıya bölünəcək, hibrid model ən uyğun variantdır. Məsafənin gözlənilməsi, hərarətin ölçülməsi bütün bunlara riayət olunmasına nəzarət ediləcək”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları