Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-27 11:30:00
Media nümayəndələri təhsillə bağlı ifadələri düzgün şəkildə işlətməlidir-Vəfa Yaqublu

“Jurnalistlər terminlərdən yararlanarkən  onlardan yerində və düzgün istifadə etməlidilər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin şöbə müdiri Vəfa Yaqublu media nümayəndələri üçün təşkil olunan onlayn seminarda deyib.

 

O, qeyd edib ki, jurnalistlər material hazırlayarkən ifadələri yerində işlətməlidir.

 

“Tədrisdə istifadə olunan kurikulum metodu ifadəsi yanlışdır. Belə ki, kurikulum proqramdır.Həmçinin, distant təhsilə keçid ifadəsini işlətmək də daha düzgün olardı. Sözləri bu şəkildə yazmaq məlumatların düzgün çatdırılmasına yol açacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları