Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 12:59:00
Şagirdlərin maskadan istifadəsi könüllü olacaq-Müəllimlər isə...

 

“Müəlimlərin maska və üz sipərində dərs keçməsi vacibdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Real Tv-yə açıqlamasında deyib.

 

O, şagirdlərin maskadan istifadə etməsi məsələsinə də aydınlıq gətirib:

 

“Şagirdlər  məktəb daxilində valideynlərinin tövsiyələrinə və öz istəyinə uyğun maskadan istifadə edə və etməyə bilərlər. Vacib olan nüans fiziki məsafənin qorunması və gigiyenik qaydalara əməl olunmasıdır. Məktəblər bütün vasitələrlə təmin edilib. Hər növbənin sonunda partalar silinəcək və sinif otaqları havalandırılacaq.Həmçinin, şagirdlərin hamısının tempraturu ölçüləcək.Valideynlər əmin ola bilərlər ki, şagirdlərin yoluxma risqinin azaldılması üçün bütün tədbirlər görüləcəkdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları