Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 12:11:00
Alternativ enerji mənbələri və onların istehsal gücləri haqqında müzakirələr aparıldı

Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə "Şəbəkələşmə" mövzusunda onlayn seminar keçirilib.

 

AzTU-nun məzunu, Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılovun və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat katibi Günel Əhmədovanın moderatorluğu ilə keçirilən seminarda hər iki universitetin III və IV kurs bakalavriat və II kurs magistratura səviyyəsində təhsil alan tələbələri iştirak ediblər.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, seminarda Azərbaycanın enerji sektorunun inkişafı və respublikamızın bu istiqamətdə strateji hədəflərindən bəhs olunub, alternativ enerji mənbələri və onların istehsal gücləri haqqında müzakirələr aparılıb. Bu istiqamətdə buraxılış işi və magistr dissertasiyası yazan tələbələrə mövzular üzrə statistik məlumatlar verilib. İştirakçıların təklifinə uyğun olaraq maarifləndirici seminarların mütəmadi keçiriləcəyi qeyd edilib.