Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 15:05:00
Yerli tələbələrlə xaricilərin eyni hüquqa malik olduğu ölkə - Təhsil qaydaları, təqaüd imkanları

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə isə Yeni Zelandiyada təqaüd qazanmaq istəyən şəxslərə məlumatları təqdim edirik.

Yeni Zelandiya keyfiyyətli təhsil və iş imkanları sayəsində əcnəbi təhsil mərkəzləri arasından sayılıb-seçilən bir ölkədir. Bütün dövlət universitetləri dünya reytinqinin yüzlüyündə olan Yeni Zelandiya beynəlxalq doktorantlara yerli tələbələrlə eyni hüquqları verir. Əlavə olaraq, Yeni Zelandiya xarici tələbələrə dövlət tərəfindən  bir sıra təqaüdlər qazanmaq şansı da tanıyır. Bu dövlət 2015-ci ilə qədər 2381 xarici tələbəyə təqaüd verib və bu rəqəm hər il durmadan artır.

AzEdu.az dövlət dəstəkli təqaüd proqramlarını təqdim edir:

New Zealand Development Scholarship

Bu, magistraturanı Yeni Zelandiyada oxumaq istəyən xarici tələbələr üçün nəzərdə tutulan dövlət təqaüdüdür. Təqaüd; Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan şəxslərin təhsil, yaşam, səyahət və sığorta xərclərini qarşılayır.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

New Zealand International Doctoral Research Scholarships

Bu, Yeni Zelandiyada doktorontura pilləsi üzrə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Burs, tələbələrin 3 illik təhsil və yaşayış xərclərini təmin edir.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.