Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-25 12:46:00
 İctimai Şuranın sədr müavinindən təhsillə bağlı yayılan şayiələrə - Sərt reaksiya

 

 

 

“Tənqid subyektiv düşüncəyə diqqəti cəlb etmək vasitəsidirsətəhrif obyektiv düşüncənin saxtalaşdırılmasına yönəlik məkrli  bir meyldir.

 

Görünür, tənqidə yer olmadıqda təhrif kimlərinsə işinə yarayır”.

 

 

Bu sözləri Az Edu az- açıqlamasında Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov son zamanlar sosial şəbəkələrdə və debatlarda  təhsillə bağlı səsləndirilən yanlış məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə təəssüf ki, bu kimi cəhdlər birinci dəfə baş vermir. Hansısa bir yolla gündəmə gəlmək, artıq bizdə bir çoxlarında xroniki xəstəliyə çevrilib:

 

 

“Bir para adamlar yanlış informasiyalar yaymaqla özlərinə diqqəti cəlb etmək üçün ucuz yolla “reytinq” qazanmaq yolunu seçiblər. Yəqin ki, bu, o kəslərin psixoloji durumunda olan müəyyən problemlərlə bağlıdır.  Baxmayaraq ki, əksəriyyət tərəfindən ciddiyə alınmır...

 

 

Artıq, vəziyyətlə bağlı müəyyən müvəqqəti fasilədən sonra növbəlilik və sanitar-epidemoloji şərtlər gözlənilməklə tədrisin mərhələli şəkildə bərpasına saylı günlər qalır. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarı ictimailəşdirilib.

 

Təhsil Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Bu qərardan irəli gələn vəzifələrlə bağlı Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən  brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə ətraflı məlumat verilib, sual doğuran məsələlərə kifayət qədər aydınlıq gətirilib.  O da birmənalı şəkildə vurğulandı ki, “Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir”.

 

Əgər brifinqdən əvvəllər də distant təhsil,  təhsilin keyfiyyəti və digər gündəmə çıxarılan məsələlərə bağlı, ən yüksək səviyədə rəsmi şəkildə etiraf olunaraq, "Davam edən vəziyyətdə təhsilin keyfiyyəti müsbət olub desək, düz olmaz",“Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur”, kimi açıqlamalarla çavablandırılmışdırsa, yenidən bu kimi məsələləri təhrif etməklə tənqid obyektivinə çevirmək hansı məqsəd və məramlardan irəli gəlir və bununla nəyə nail olmaq fikrindəyik? Yəqin, onu da bilməmiş deyilik ki, bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək.

 

 

Keçmiş sovet liderlərindən birinin belə bir sözü vardı: “Tənqid şokalad deyil ki, onu sevəsən”. Bununla belə tənqidin də “sağlam”ı və “qərəzli”si var. Tənqid sağlam fikrə əsaslanmırsa, bu zaman obyektiv məqamlar nəzərə alınmayaraq subyektiv maraqlar önə çəkilirsə, bu artıq sağlam deyil qərəzli mövqedir və heç bir halda mənəvi cəhətdən sağlam adamın işi ola bilməz. 

 

 

Bu mənada ictimaiyyətin böyük əksəriyyəti tərəfindən açıq müzakirələri və ictimai rəyə verilən önəmi yüksək qiymətləndirdiyi bir zamanda, reallıqla bağlı mövcud vəziyyəti nəzərə almadan hər hansı bir tənqid və təhrif hallarına yol verilməsi heç cür başa düşülən deyil. Aqillərin sözü olmasın, ağ lövhə üzərində qara rənglə, qara lövhə üzərində ağ rənglə yazırlar... 

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları