Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-25 10:32:00
Müəllim  tələbələrinə  vida  statusu  yazdı - FOTO

 

 

Hazırda  Azərbaycan  universitetlərində  semestr  imtahanları  davam  edir.

 

Bununla  bağlı  universitetlərin  birində  maraqlı  bir  hal  müşahidə  olunub. Müəllim, öz  tələbələrinə  imtahandan  sonra  vida  statusu  yazıb.

 

Azərbaycan  Dövlət  Pedoqoji  Universitetinin  müəllimi  Əli  Zalov  sevimli  tələbələrinə  vida  statusu  yazaraq  onlarla  sağollaşıb.

 

AzEdu.az  müəllimin  tələbələrinə  ünvanladığı  həmin  statusu  təqdim  edir:

 

"Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Kimya və Biologiya fakültəsinin “Kimya və Biologiya müəllimliyi”1801-1803b  birləşməsinin tələbələrinə...

 

Mənim əziz tələbələrim, ağıllı övladlarım! İki  semestr idi ki, sizlərlə bərabər idim. Sizlə auditoriyada iki dəfə birlikə Analitik kimyanın nəzəri əsaslarına həsr edilmiş mühazirə keçdik. Sonra isə dünyanı cənginə almış pandemiya bizim bütün arzularımızın – sizlərə çox öyrədəcəyimi, sizin isə çox öyrənəcək istəyinizin üstündən xətt çəkdi. Ancaq biz yenədə birlikdə öyrəndik və öyrətdik. Sizə hazırladığım sualların cavablarını bütün semestr boyu araşdırdınız, axtardınız, tapmadıqlarınızı yenidən soruşdunuz və hər dəfə məmuniyyətlə qaranlıq olan fikirlərinizə aydınlıq gətirməyə çalışdım. Ancaq könül istərdi ki, bütün bunlar universitetimizin auditoryalarında sizlərlə üzbəüz olsun. Bu gün sizinlə bərabər olduğum son dərs, son imtahan idi. Həyatda hər şeyin bir sonu olduğu kimi sizinlə dərsimiz və imtahanimiz da bitdi. Dünəndən bəri mənə göndərmiş olduğunuz imtahan tapşırıq cavablarıni yoxlayıb bitirdim. Siz xəbəriniz olmadan mən sizin yazılarınızı oxuya-oxuya … kövrəldim, …sevindim, …müəllim olmağımla, həm də sizə dərs deməyimlə qürur duydum. Sizin əlləriniz toxunduğu, gözlərinizin nuru üzərində qaldığı yazdığınız tapşırıqlardan- sətirlərdən sizin ürək döyüntülərinizi, … həyacanınızı hiss etdim... Bu yazdıqlarınızı vaxtı ilə sizə öyrətdiyim anlar gəldi gözlərimin qarşısına…, …yazdıqlarınızı oxumaqdan yorulmadım, doymadım. Səhvləriniz məni kədərləndirdi, doğrularıniz məni sevindirdi. …İnanı ki, çox möhtəşəm idiniz, auditoriyada olduğunuz kimi sətirləriniz, cavablariniz, hətta köçürmələriniz də möhtəşəm idi... Klassik tələbə dəsti xətt, …qədim tələbə üsulu.

 

…Bəlkədə daha yollarımız kəsişməyəcək, bəlkə, bir də sizin kimi möhtəşəm birləşməyə mahazirə deməyəcəyəm. Sizləri çox sevdim, kusmələriniz, sevinciniz, kədəriniz, uğurlarınız möhtəşəm idi... Sizin hər birinizə “A” yaza bilmədiyim üçün üzüldüm... Bəzilərinizin yazdıqları buna imkan vermədi... Hamınıza “A” yaza bilmədiyim üçün məni bağışlayın... İnanin ki, sizə “B” yazanda ürəyimdə mənim bu tələbəm “A” ya layiqdir deyirdim….

 

Həmişə sizin müəlliminiz olduğum üçün qürur duyacaq, sizinlə fəxr edəcəyəm... Mənim əziz tələbələrim sizi heç vaxt unutmayacam...

 

Həyat yolunda sizə uğurlar diləyirəm...

 

Hörmətlə, sizin Əli müəllim."

 

Qeyd  edək  ki, pandemiya  səbəbi  ilə  son  iki  semestr  imtahanları  onlayn  olaraq  təşkil  edildi.