https://www.zirve.edu.az/
24.01.2021 17:03
Koronavirusu keçirmiş insana peyvənd ziyan vura bilər?

Azərbaycanda 3 qrup insana - 18 yaşa qədər olan şəxslərə, hamilə və uşaq əmizdirən qadınlara koronavirusa qarşı peyvəndin vurulması qadağandır.


Digər insanlar könüllü əsaslarda peyvəndlənə bilərlər. Məntiqi sual yaranır - bəs insan koronavirusu keçiribsə, peyvənd ona lazımdırmı - axı onun qanında artıq koronavirusa qarşı anticisimlər yaranıb? Və növbəti sual - peyvənd koronavirusu keçirmiş insanlar üçün nə dərəcədə təhlükəsizdir?


AzEdu.az saglamolun.az-a istinadən bildirir ki, Amerikanın Xəstəliklərə nəzarət və profilaktika Mərkəzi (CDC) koronavirusu keçirmiş insanlara peyvənd vurdurmağı tövsiyə edir. Digər peyvəndlənmə kampaniyasına qoşulmuş ölkələrdə də koronavirusdan sağalmış insanlar peyvənd vurdura bilərlər.


Digər maraqlı məqam - heç bir ölkədə peyvənddən əvvəl qanda koronavirusa qarşı anticisimlərin olub-olmamasını yoxlamaq tələb olunmur. Yəni bu anticisimlərin mövcudluğu peyvəndin "iş"inə mane olmur. Həmçinin bundan belə nəticə çıxartmaq olar ki, bu anticisimlər davamlı deyil və bizi koronavirusdan peyvənd qədər qoruya bilməzlər.  


Rusiyada koronavirusu keçirmiş insanlar üçün peyvənd qadağan deyil. Hətta Moskva hökümətinin rəsmi portalında qeyd olunur ki, qanda koronavirusa qarşı anticismlərin olması peyvəndlənmə üçün əks-göstəriş sayılmır.