Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 11:53:00
 Çində təqaüd proqramına sənəd qəbulu aparılır  

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumalata görə, təqaüd proqramı 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək olar.