Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 11:30:00
Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.

 

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 61 nəfər qeydiyyatdan keçib.

 

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. Artıq 1974 nəfər qeydiyyatdan keçib.

 

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.